14 C
Baku
Monday, December 1, 2025

“BOKT İDK” MMC-nin vəzifəli şəxsinə inzibati cərimə tətbiq olunub

Azərbaycan Mərkəzi Bankın həyata keçirdiyi cari nəzarət prosesləri nəticəsində “BOKT İDK” MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumat verilməsi qaydalarının 3.3-cü bəndinin pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən şirkətin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, BOKT “İDK” 2011-ci ildə təsis edilib, 722 min manat nizamnamə kapitalı var. BOKT-nin nizamnamə kapitalının 100%-i Əliyar Əsgərov adlı şəxsə məxsusdur. Ə.Əsgərov həmçinin Müşahidə Şurasına sədrlik edir.

Son xəbərlər
Digər xəbərlər