29 C
Baku
Friday, August 22, 2025

BOKT “International” 18 faiz dərəcə ilə borc axtarır

21 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin dövlət qeydiyyat nömrəsi (İSİN) AZ2038021021 və AZ2037021022 olan istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Banker.az xəbər verir ki, buraxılış həcmi 1 milyon manat olmaqla cəmi 2 milyon manatdır.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 28.08.2025-ci il tarixində keçiriləcəkdir.

İllik gəlirlilik faizi 18%, ödəmə periodu istiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir, tədavül müddəti 3 ildir. İstiqrazların sayı 20 000 ədəd, ilkin ticarət qiyməti 100 manatdır.

Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər