Bank Olmayan Kredit Təşkilatı “İnternational” Açıq Səhmdar Cəmiyyəti faizli istiqrazlar buraxır.
Banker.az xəbər verir ki, BOKT hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd sənədsiz, adlı, təmin edilməmiş istiqraz emissiya edir.
İstiqrazların illik faiz dərəcəsi 15% təşkil edir. Faiz gəliri istiqrazların 24 aylıq tədavül müddəti ərzində ödəniləcək.
Qeyd edək ki, buraxılışın ümumi nominal dəyəri 2 milyon manat təşkil edir.
BOKT cari ilin ilk rübünü 5.43 milyon ümumi gəlirə qarşı 1.56 mln. manat xalis mənfəət əldə edib.