16 C
Baku
Monday, May 13, 2024

BOKT “International” 3 milyon manatlıq istiqraz buraxır

2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı BOKT International QSC-nin ümumi dəyəri 2 000 000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Bu barədə Banker.az-a BFB-dən bildiriblər.

7  iyun 2022-ci il tarixində BOKT International QSC istiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2004021021
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
Q/k-ın Ticarətə buraxılma tarixi 07.06.2022
İstiqrazların sayı, əd 20 000
Nominal Dəyəri, AZN 100
İllik faiz dərəcəsi 13%
Tədavül müddəti 18 ay
Kupon faizlərinin ödəniş müddəti 3 aydan bir
Son xəbərlər
 ⁠
Digər xəbərlər