27 C
Baku
Thursday, July 31, 2025

BOKT “İnternational” manatda vəsait cəlb edir

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC fond bazarından daha 5 milyon manat faizli borc cəlb etmək niyyətindədir.

Banker.az bunu BOKT-nin tənzimləyiciyə təqdim etdiyi Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Belə ki, hər birinin nominal dəyəri 100 manat  olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların buraxılması nəzərdə tutulur.

BOKT illik 18 faiz gəlirlilik təklifi ilə beş il müddətinə veriləcək.

Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə təsis edilib, 10 mln. manat nizamnamə kapitalı var. BOKT-nin səhmlərinin 100%-i Rifat Həsənova məxsudur.

Son xəbərlər
Digər xəbərlər