21 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılan AZ2038021021 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 28.08.2025-ci il tarixində yekunlaşıb.
Banker.az xəbər verir ki, hərracda 50 investor 50 sifariş verib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | BOKT “International” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2038021021 |
| İstiqrazların növü və forması | İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu/forması | Kütləvi / Rəqabətli hərrac |
| İstiqrazların sayı | 10,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
| İllik gəlirlilik faizi | 18% |
| Minimal qiymət | 100 (18.0000%) manat |
| Maksimal qiymət | 100 (18.0000%) manat |
| Kəsmə qiyməti | 100 (18.0000%) manat |
| Ortaçəkili qiyməti | 100 (18.0000%) manat |
| İstiqrazların reallaşdırılmış həcmi | 1,000,000 manat |
| İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
| İnvestor sayı | 50 |
| Sifariş sayı | 50 |
| Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
| Tədavül müddəti | 3 il |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |







