23 C
Baku
Wednesday, September 10, 2025

BOKT “International” fond bazarından 10 mln. manatlıq borc cəlb edir

“Bank Olmayan Kredit Təşkilatı “International” ASC ümumi məbləği 10 milyon manat olan faizli borc cəlb edir.

Banker.az açıqlanan Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat  olan 100 000  ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların buraxılması nəzərdə tutulub.

İstiqrazlar 3 il müddətinə 18 faiz gəlirliliklə təklif edilir.

BOKT ümumi istiqraz bazarında ən aktiv iştirakçıdır. 1 iyul 2025-ci il tarixinə “International” BOKT-nin 11 milyon 649 min manatlıq öhdəlikləri var. Keçən ayın sonu isə eyni şərtlərlə 50 investordan 1 mln. manat borc cəlb edib.

Cəmi öhdəlikləri  1 iyul 2025-ci il tarixinə  33 milyon 970 min manata çataraq illik 23 milyon 457 min manat və ya 45% artıb.

Güclü borc cəlbləri ilə paralel onu aktiv biznesə yönəldə bilib. Kredit portfeli 42 milyon 557 min manat olub, bu illik 32 milyon 23 min manat və ya 33% artımdır. Cəmi aktivlər illik 42% artaraq 50 milyon 796 min manata çatıb.

Pul vəsaiti illik 9% artımla 1 milyon 451 min manat olub ki, likvidlik göstəricisi nisbətən sabitdir.

“International” BOKT  cari ilin ilk yarısını 3 milyon 576 min manat olub, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən +9% artım göstərib.

BOKT-nin səhmlərinin 100%-i bir şəxsin – Həsənov Rifat Vaqif oğlunun əlində cəmləşib. O həmçinin Müşahidə Şurasının sədri olmaqla Şuranın işini təşkil etmək, iclaslarını çağırmaq və iclaslarda sədrlik etmək; Şuranın rüblük planlarını, iclas protokollarını və qəbul olunmuş qərarlarını imzalamaq və s. kimi vəzifələrə sahibdir.

Son xəbərlər
Digər xəbərlər