Bank Olmayan Kredit Təşkilatı “International” ASC 2 milyon manatlıq istiqraz buraxır.
Banker.az xəbər verir ki, BOKT-nin istiqrazlarının hər birinin dəyəri 1000 manat olmaqla 2000 ədəd olacaq.
Emissya ediləcək istiqrazların gərlirliliyi 15% olacaq. İstiqrazların tədavül müddəti 5 il təşkil edir.
BOKT bundan öncə – yanvarda da eyni parametrlərlə istiqrazlar buraxmışdı.
“BOKT “International”ın xalis mənfəət 2021-ci ildən 2023-cü ilə qədər ardıcıl artım nümayiş etdirib. 2021-ci ildən 2022 ci ilə keçid dövründə mənfəət 3.7 dəfə artıb. Bu BOKT-nin daha çox gəlir gətirən fəaliyyətlərə yönəlməsi nəticəsində mümkün olmuşdur.
2023-cü ildə isə mənfəət 2022-ci ilə nisbətən təxminən 82% artaraq təşkilatın maliyyə vəziyyətinin sabitləşməsini və gəlirliyinin artmasını göstərir. Cəmi öhdəliklərdə artım müşahidə olunur. 2021-ci ildən 2022-ci ilə keçid dövründə öhdəliklər təxminən 57% artıb. Bu, kredit portfelinin genişlənməsi və maliyyə mənbələrinin artması ilə bağlıdır.
2023-cü ildə isə öhdəliklər daha 12.5% artaraq təşkilatın maliyyə fəaliyyətlərini dəstəkləmək üçün əlavə resurslardan istifadə etdiyini göstərir.
2022-ci ildə kapital 12.3% artmış, 2023-cü ildə isə bu artım 71% olmuşdur. Bu, əsasən əldə edilən mənfəətin təşkilatın kapitalına əlavə edilməsi ilə bağlıdır. Aktivlərdəki artım təşkilatın ümumi maliyyə bazasının genişlənməsini göstərir. 2021 ci ildən 2022-ci ilə aktivlər 45% artmışdır. 2023-cü ildə isə artım 25% təşkil etmişdir ki, bu da əsasən kredit portfelinin genişlənməsi ilə əlaqədardır.
Kredit portfeli 2021-ci ildən 2023-cü ilə qədər ardıcıl artım nümayiş etdirir. 2022-ci ildə portfel 38% genişlənmişdir, 2023-cü ildə isə artım 23% təşkil etmişdir.