7 C
Baku
Thursday, January 22, 2026

BOKT “International” illik 18% dərəcə ilə borc cəlb edib

Bakı Fond Birjasında BOKT “International” ASC-nin AZ2042021025 ISIN kodlu istiqrazları Standart Bazar Listinq seqmentinə daxil edilib.

Banker.az xəbər verir ki, istiqrazların yerləşdirilməsi üzrə hərrac 22 yanvar 2026-cı il tarixində başa çatıb və yerləşdirmə tam həcmdə reallaşıb.

İstiqrazların buraxılış həcmi 1 milyon manat təşkil edib. Emissiya çərçivəsində nominal dəyəri 100 manat olan 10 min istiqraz yerləşdirilib. İllik gəlirlilik faizi 18% səviyyəsində müəyyən edilib və hərrac zamanı minimal, maksimal, kəsmə və ortaçəkili qiymətlər 100 manat olub.

İstiqrazlara ümumilikdə 50 investor tərəfindən 50 sifariş təqdim edilib və sifarişlərin ümumi həcmi yerləşdirmə məbləği ilə tam üst-üstə düşüb. Tədavül müddəti 3 il olan istiqrazlar üzrə faiz ödənişləri ilk yerləşdirmə tarixindən etibarən hər 30 gündən bir həyata keçiriləcək. Buraxılış üzrə anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.

Emitentin adı BOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2042021025
İstiqrazların növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması Kütləvi/Rəqabətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 18%
Minimal qiymət 100 (18.0000%) manat
Maksimal qiymət 100 (18.0000%) manat
Kəsmə qiyməti 100 (18.0000%) manat
Ortaçəkili qiyməti 100 (18.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi 1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat
İnvestor sayı 50
Sifariş sayı 50
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 3 il
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

 

Son xəbərlər
Digər xəbərlər