®BOKT “İnternational” QSC 2021-ci ili 410 min 553 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 201 min 902 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə BOKT “İnternational”ın xalis mənfəəti 2 dəfədən çox artıb.
GƏLİRLƏRİ ARTIB
Banker.az kredit təşkilatının maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT “İnternational” QSC-nin 2020-ci ildə faiz gəlirləri 6 milyon 478 min manat ikən, 2021-ci ildə 8 milyon 165 min manat təşkil edib (1 milyon 687 min manat və ya 26% artıb).
Təşkilatın haqq və komissiya gəlirləri isə 2020-ci ildəki 141 min manatdan 2021-ci ildə 198 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
BOKT “İnternational” QSC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 5 milyon 348 min manat və ya 43,1% artaraq 17 milyon 752 min manata çatıb.
Bank Olmayan Kredit Təşkilatı “İnternational” Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013-ci il tarixində BKT – 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Təşkilat təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşgul olur.