BOKT “İnternational” Açıq Səhmdar Cəmiyyəti bu il yeganə səhmdarına 5 milyon manat üzərində dividend elan edib.
Bu barədə Banker.az əldə etdiyi məlumatda qeyd edilir.
Bildirilir ki, BOKT 16 yanvar 2025-ci il tarixində 5 milyon 250.24 min manat məbləğində dividendlər elan edib.
BOKT son bir ildə iri həcimli borclar cəlb etsə də, ümumilikdə onları aktivlərə yönəltməklə maliyyə nəticələrini yaxşılaşdıra bilib. Ötən il BOKT 4 milyon 821 min manat xalis mənfəət əldə edib ki, bu da öncəki ildəki göstərici 2 milyon 792 min manatdan yuxarıdır.
“İnternational” BOKT son ildə faiz gəlirlərini 14.66 milyon manatdan 17.83 mln. manata qaldırıb.
1 yanvar 2025-ci il tarixinə BOKT-nin bölüşdürülməmiş mənfəəti 3 milyon 957 min manat idi.
Bununla belə son məlumata əsasən, 11 mart 2025-ci il tarixində səhmdar nizamnamə kapitalına 2 milyon manat məbləğində töhvə verib və nizamnamə kapitalı 10 mln. manata qaldırılıb.
Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə təsis edilib, 10 mln. manat nizamnamə kapitalı var. BOKT-nin səhmlərinin 100%-i Rifat Həsənova məxsudur.