“Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC hər birinin nominal dəyəri 1 000 manat olan 250 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxacaq.
Banker.az xəbər verir ki, bu barədə emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.
İstiqrazlar 15 faiz illik gəlirlilik təklif etməklə, 24 aylıq təqdim edilir.
BOKT artıq 2024-cü ilin əvvəlindən bu tərəfə 5 dəfə istiqraz buraxıb və onların nominal dəyəri 5 mln. manat təşkil edib.