15 C
Baku
Friday, March 29, 2024

BOKT işçilərinin sayı 2 235 nəfərə çatıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı açıqlanıb.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir.

Cari ilin sentyabr ayının 30-na BOKT-ların işçilərinin sayı 2 235 nəfər olub. İyun ayında isə işçilərin sayı 2 124 nəfər təşkil edib ki, bu da 3 ayda BOKT-ların işçilərinin sayı 111 nəfər artması deməkdir.

Ötən ilin müvafiq dövründə isə BOKT-larda çalışan işçilərin sayı 2 043 nəfər olub. Belə ki, illik müqayisədə BOKT işçilərinin sayı 192 nəfər və ya 9.4% artıb.

Son xəbərlər
Digər xəbərlər