27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bu BOKT kapitalını artırır

Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit” bank olmayan kredit təşkilatının (BOKT) səhm emissiyasını qeydə alıb. Bu barədə Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 200 səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək. Emissiya baş tutarsa, BOKT-un nizamnamə kapitalı 200 min manat və ya təxminən 67% artaraq 500 min manata çatacaq.

Xatırladaq ki, “Pro Kredit” ASC 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 300 səhm əsasında formalaşıb. Səhmlər 100% Emil Məhəbbət oğlu Məmmədova məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər