8 C
Baku
Friday, December 6, 2024

BOKT-lər 2023-cü ildə gəlirlərini 2.4 dəfə artırmaqla xalis mənfəəti ₼76 mln. manata çatdırıblar

Azərbaycanın bank olmayan kredit təşkilatları 2023-cü ildən yaxşı nəticə ilə çıxa biliblər.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinad edir.

Belə ki, 2023-cü ildə BOKT-lər 188.6 mln. manat faiz və 25.3 mln. manat qeyri-faiz gəliri əldə ediblər. Bu da BOKT-lərin 213.7 mln. manat cəmi gəlirləri anlamına gəlir.

Beləliklə, digər gəlir və xərclər fərqindən sonra onların 75.8 mln. manat xalis mənfəətləri olub. Bu BOKT tarixində qeydə alınmış ən yuxarı göstərici sayılır.

1 yanvar 2024-cü il tarixinə BOKT-lərin aktivlərinin həcmi 758.5 mln. manat olub ki, bunun da 600.8 mln. manatı onların əsas fəaliyyət istiqaməti olan müştərilərə verilən kreditlərdir.

Son xəbərlər
Digər xəbərlər