Azərbaycanda bank olmayan kredit təşkilatlarının gəlirlərinin azalması və xərclərin artması fonunda onları zərərə salıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, faiz gəlirləri illik müqayisədə 6.19 mln. manat və ya 10% azalaraq 55.68 mln. manata (bunun 55.54 mln. manatı kreditlərdəndir) düşüb. Öncəki ildə bu rəqəm 61.87 mln. manat idi.
BOKT-lərinin gəlirlərinin azalması fonunda faiz xərclərinin həcmi illik müqayisədə 7.683 mln. manat və ya 93.9% artımla 8.177 mln. manat olub. Nəticədə xalis faiz gəlirləri illik müqayisədə 13.876 mln. manat (25.9%) azalaraq 39.82 mln. manata düşüb. BOKT-lər üçün xalis faiz gəlirləri önəmli bir hissədir. Banklardan fərqli olaraq BOKT-lərdə digər əməliyyat gəlirləri mənfəətində az paya malik olur.
Bununla sektorun qeyri-faiz gəlirləri son bir ildə 16.88 mln. manatdan 65.8 mln. manata yüksəlməklə illik 48.92 mln. manat (+289.6%) artım göstərib. Qeyri-faiz xərcləri isə illik 13.504 mln. manat (+47.0%) artımla 42.2 mln. manat olub.
BOKT-lər ilk rübdə 63.42 mln. manat əməliyyat mənfəəti əldə ediblər ki, bu da illik 21.538 mln. manat (+51.4%) artımdır. Bununla belə 93.36 mln. manatlıq problemli kreditlər üzrə ehtiyat ayırması nəticəsində BOKT-lər ilk rübü 31.62 mln. manat zərər ediblər. Halbuki, keçən il onların 32.89 mln. manat xalis mənfəəti vardı.
Bank olmayan kredit təşkilatlarının mənfəət və zərər haqqında hesabatı* (mln. manatla) |
||
Mənfəət və zərər maddələri | 31.03.2024 | 31.03.2025 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 61.87 | 55.68 |
a) kreditlər üzrə faizlər | 61.81 | 55.54 |
2. Faizlər və onlara bağlı xərclər | 8.18 | 15.86 |
a) öhdəliklər üzrə faizlər | 8.18 | 15.86 |
3. Xalis faiz gəliri (zərəri) | 53.70 | 39.82 |
4. Qeyri-faiz gəlirləri | 16.88 | 65.80 |
5. Qeyri-faiz xərcləri | 28.70 | 42.20 |
6. Əməliyyat mənfəəti (zərəri) | 41.88 | 63.42 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 1.87 | 93.36 |
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) | 40.02 | (29.94) |
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc) | (0.00) | 0.04 |
10. Vergilər ödənilənədək mənfəət (zərər) | 40.01 | (29.94) |
11. Mənfəətdən vergilər | 7.13 | 1.68 |
12. Xalis mənfəət (zərər)** | 32.89 | (31.62) |
* Aqrarkredit QSC istisna olmaqla |