Azərbaycan Bankının İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum tələblər”i təsdiq edib.
Banker.az xəbər verir ki, AMB rəhbərliyinin tətbiq etdiyi yeni qaydalar BOKT-lərdə aparılan kənar auditin standartlaşdırılması və şəffaflığın artırılmasına yönəlib. Qayda 07 oktyabr 2025-ci il tarixində AMB sədri Taleh Kazımov tərəfindən imzalanıb.
Beləliklə, sənədə əsasən:
- Kənar audit yalnız Beynəlxalq Audit Standartları üzrə aparılacaq.
- Kənar auditorun seçilməsi üçün yeni meyarlar müəyyən olunub:
– Auditor müstəqil olmalı, BOKT ilə hər hansı işgüzar əlaqəsi olmamalıdır.
– Auditə cəlb ediləcək əməkdaşlar son 3 ildə həmin təşkilatda işləməməlidir.
– Eyni auditor BOKT-ni ardıcıl olaraq maksimum 5 il audit edə bilər.
– Auditorlar Palatasının ictimai əhəmiyyətli qurumlarla bağlı tələblərinə uyğunluq şərtdir. - BOKT-lər hər ilin 15 dekabrına qədər seçdikləri auditor barədə Mərkəzi Banka məlumat təqdim etməlidirlər.
- Audit hesabatının tərkibi dəqiq müəyyən olunub:
– auditor rəyi,
– balans, mənfəət-zərər, kapital dəyişiklikləri, pul axını hesabatları,
– maliyyə hesabatlarına dair qeydlər. - Auditor istəyinə görə prudensial göstəricilər, idarəetmə və daxili nəzarətə dair digər vacib məsələləri də hesabatda əks etdirə bilər.
- Kritik pozuntu və ya kapitalın minimum həddən aşağı düşməsi aşkar edilərsə, auditor dərhal Mərkəzi Bankı məlumatlandırmalıdır.
- Audit Komitəsinin funksiyaları genişləndirilib: auditorla işin təşkili, lazımi sənədlərin təqdim olunması, audit gedişində mühüm faktların dərhal araşdırılması və nəticələrin müzakirəsi kimi vəzifələr əlavə olunub.







