Azərbaycanda bank olmayan kredit təşkilatlarıdırın institusional inkişafı məhdud səviyyədədir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb.
Əsas zəifliklər daxili nəzarət mexanizmlərində (risklərin idarəedilməsi, daxili nəzarət, komplayens, daxili audit) zəifliklər, o cümlədən Müşahidə Şurası, Audit Komitəsi üzvlərinin təşkilatın idarəedilməsində aktiv iştirak etməməsi ilə bağlıdır.
Son dövrlərdə BOKT-lərin tənzimləmə çərçivəsində əhəmiyyətli addımlar atılıb. Belə ki, AMB-nin İdarə Heyətinin 15.11.2024-cü il tarixli Qərarı ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib və 24.11.2024-cü il tarixində qüvvəyə minib.
“Bununla belə, bu istiqamətdə işlərin davam etdirilməsi zəruri hesab olunur”- deyə, sənəddə qeyd edilib.