15 C
Baku
Sunday, November 24, 2024

BOKT-lərdən “sürpriz”: İlin birinci rübündə 12 mln. manat xalis mənfəət

Azərbaycanın bank olmayan kredit təşkilatları 2023-cü ilin I rübündə 11.6 milyon manat həcmində xalis mənfəət əldə edib və bu öncəki ilin eyni dövründən 5.5 dəfə çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Burada,  Aqrarkredit QSC istisna edilir.

Bank olmayan kredit təşkilatlarının faiz gəlirləri 32.2 milyon manat olmaqla öncəki ildən 2 dəfə çox olub. Bunun da əsası 32 mln. manatı kreditlərdən gələn faiz gəlirləridir.

2023-cü ilin yanvar-mart ayları ərzində faiz xərcləri 2.5% artaraq 6.1 mln. manat olub.

BOKT-lər hesabat müddətində 5.7 mln. manat qeyri-faiz gəlirləri əldə etmiş, 17.4 mln. manat qeyri-faiz xərcləri çəkmişdir ki, bununla da təşkilatların əməliyyat mənfəəti 14.3 mln. manat təşkil edib. Ötən ilin eyni dövründə 4.4 mln. manat əməliyyat mənfəəti etmişdilər.

Bank olmayan kredit təşkilatlarının mənfəət və zərər haqqında hesabatı, mln. manatla
31.03.2021 31.12.2022 31.03.2023
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri 15.9 99 32.151
a) kreditlər üzrə faizlər 15.8 98.3 32
2. Faizlər və onlara bağlı xərclər 2.5 21.5 6.142
   a) öhdəliklər üzrə faizlər 2.5 21.5 6.142
3. Xalis faiz gəliri (zərəri) 13.4 77.5 26.009
4. Qeyri-faiz gəlirləri 2.1 20 5.684
5. Qeyri-faiz xərcləri 11.1 60 17.409
6. Əməliyyat mənfəəti (zərəri) 4.4 37.5 14.284
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) 1.9 5.9 1.931
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) 2.5 31.6 12.353
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc) 0.005 0.199
10. Vergilər ödənilənədək mənfəət (zərər) 2.5 31.6 12.552
11. Mənfəətdən vergilər 0.4 5.9 0.934
12. Xalis mənfəət (zərər) 2.1 25.7 11.618
* Aqrarkredit QSC istisna olmaqla

 

 

 

Son xəbərlər
Digər xəbərlər