Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) 2024-cü ildə cəmi aktivləri 758.46 milyon manatdan 993.26 milyon manata yüksələrək 31% artım göstərib.
Banker.az bunu Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir.
2023-cü ilin sonuna 600,75 milyon manat olan əsas fəaliyyət istiqaməti – kredit portfeli 2024-cü ilin sonunda 808.34 milyon manata çatıb. Bu, da 35% artım deməkdir.
Bununla yanaşı, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 91,48 milyon manata yüksəlib. Xalis kreditlər isə 716,86 milyon manat təşkil edib.
İnvestisiyalar da 41% artaraq 87,3 milyon manata çatıb. Banklarda yerləşdirilmiş müddətli depozitlər isə 50 dəfə artaraq 5 milyon manat olub.
BOKT-ların ümumi öhdəlikləri 2024-cü ildə 536,9 milyon manata yüksəlib ki, bu da 21% artım deməkdir. Cəlb edilmiş vəsaitlər 26,5% artaraq 241 milyon manata çatıb. Banklardan və maliyyə institutlarından götürülən kreditlər isə 194 milyon manatdan 241 milyon manata yüksəlib.
Kapitalda ciddi artım qeydə alınıb. Ümumi kapital 44% artaraq 456,37 milyon manata çatıb. Bu dövrdə nizamnamə kapitalı 204,6 milyon manatdan 241,3 milyon manata yüksəlib. Ən diqqətçəkən artım bölüşdürülməmiş xalis mənfəətdə olub – göstərici 125% artaraq 231,13 milyon manata çatıb.
AKTİVLƏR | 31.12.2023 | 31.12.2024 |
1. Nağd vəsaitlər | 2.13 | 2.3 |
2. Cari hesablar | 38.73 | 46.3 |
3. Banklarda yerləşdirilmiş müddətli depozitlər | 0.1 | 5 |
4. Qiymətli kağızlar | 0.7 | 0 |
5. İnvestisiyalar | 61.8 | 87.3 |
6. Müştərilərə verilən kreditlər | 600.75 | 808.34 |
6.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 42.43 | 91.48 |
6.2. Xalis kreditlər | 558.3 | 716.86 |
7. Maliyyə institutlarına kreditlər | 0.9 | 1.9 |
7.1. Xalis kreditlər | 0.9 | 1.9 |
8. Əsas vəsaitlər | 21.6 | 24.5 |
9. Qeyri-maddi aktivlər | 2.6 | 4.3 |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 71.6 | 104.8 |
11. Cəmi aktivlər | 758.46 | 993.26 |
ÖHDƏLİKLƏR | 31.12.2023 | 31.12.2024 |
1. Cəlb edilmiş vəsaitlər | 190.585 | 241 |
1.1 Bankların kreditləri | 136.5 | 158.3 |
1.2 Digər maliyyə institutlarının kreditləri | 54.085 | 82.7 |
2. Qiymətli kağızlar | 58.8 | 61.2 |
3. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri | 27.4 | 20.1 |
4. Digər öhdəliklər | 166.5 | 214.6 |
5. Cəmi öhdəliklər | 443.285 | 536.9 |
KAPİTAL | 31.12.2023 | 31.12.2024 |
6.1. Nizamnamə kapitalı | 204.6 | 241.3 |
6.2. Qrantlar | 5.2 | 5.24 |
6.3. Bölüşdürülməmiş xalis mənfəət | 102.7 | 231.13 |
7. Ehtiyatlar | -2.7 | 21.3 |
8. Kapital | 315.2 | 456.37 |
9. Cəmi öhdəliklər və kapital | 758.485 | 993.27 |