2025-ci ilin sonuna Azərbaycan bank olmayan kredit təşkilatlarının (BOKT) milli valyutada istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.
Banker.az xəbər verir ki, son iki il ərzində bu göstəricidə hər hansı dəyişiklik qeydə alınmayıb. Bu müddət ərzində Mərkəzi Bank uçot faiz dərəcəsini 7.25%-dən 6.25%-ə endirib.
Qeyd edək ki, məlumatlara gündəlik (qısamüddətli), həmçinin yaşayış sahəsinin alınması və tikintisi üçün verilən kreditlər daxil deyil.
BOKT-lər 2025-ci ildə kredit portfeli 29% artaraq 1 mlrd. 45.1 mln. mana yaxınlaşıb. Bu kreditlərdən faiz gəliri isə 222.6 mln. manat olub. Bu, illik müqayisədə 8% azdır. BOKT-lərin problemi kreditlərinin cəmi kredit portfelindəki payı isə 11%-dən 12%-ə qədər yüksəlib.
Nəticədə BOKT-lərin 111.5 mln. manatlıq (illik 26% azalıb) xalis mənfəət əldə ediblər. AMB bildirib ki, bunun azalmasına səbəb 2025-ci ildə zərərin əsas səbəbi BOKT-lər tərəfindən “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın müvafiq tələbinə uyğun olaraq xərclər hesabına xüsusi ehtiyatların yaradılması olub.






