15 C
Baku
Sunday, November 24, 2024

BOKT-lərin problemli kreditləri 2024-cü ilin ilk yarıında artıb

Azərbaycanda bank olmayan kredit təşkilatları 2024-cü ilin ilk yarısında kredit portfelini 13 faiz böyüdüblər.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yanvar-iyun ayları üzrə bülletenində bildirilir.

Kredit portfelinin həcmi ilin əvvəlində 600.8 mln. manat olduğu halda, ilin ilk yarısının sonuna 681.6 manat təşkil edib.

BOKT-lərin kredit portfelində vaxtı keçmiş kreditlərin ilin əvvəlindən 20 faiz artaraq 50.9 mln. manat olub ki, bu da ümumi kredit portfelinin 7.5 faizidir. Vaxtı keçmiş kreditlərin payı ilin əvvəlində 7 faiz idi. Beləliklə, kredit təşkilatlarının xalis kreditləri 630.7 mln. manat olub.

BOKT-lər ilin əvvəlindən cəmi aktivlərini 13 faiz artaraq 854 mln. manata yüksəlib.

Bank olmayan kredit təşkilatları ilin ilk yarısında 129 mln. manat faiz gəliri, 43.9 mln. manat qeyri-faiz gəliri əldə edərkən, 16.9 mln. manat faiz xərci və 60.3 mln. manat qeyri-faiz xərci çəkib və beləliklə, 95.7 mln. manat əməliyyat mənfəəti əldə edib. Halbuki, keçən ilin eyni dövründə 33.8 mln. manat olmuşdu.

BOKT-lər cari ilin ilk yarısında 76.6 mln. manat xalis mənfəət əldə etməklə, 2023-cü ilin eyni dövründə qeydə alınmış 26.3 mln. manatı 3 dəfə üstələmiş olur.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə ikinci rübün sonuna 55 BOKT olub, bunun 12-si xarici kapitallıdır.

 

Son xəbərlər
Digər xəbərlər