14 C
Baku
Sunday, November 23, 2025

BOKT-lar 3 ayda işçi sayını 100 nəfərə yaxın artırıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2021-ci ilin iyunun 31-nə 2 391 nəfər olub.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müayisədə BOKT işçilərinin sayı 267 nəfər və ya 13% artıb. Belə ki, 2020-ci ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 2 124 nəfər olub.

Bu ilin martında BOKT işçilərinin sayı 2 297 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 94 nəfər artırıb.

Bu dövrdə BOKT-filiallarının sayı  isə 247 ədəd olub. 31 mart 2020-ci il tarixində isə BOKT-ların sayı 232 ədəd olub ki, bu da illik müqayisədə 15 yeni BOKT filialının açılması deməkdir.

Son xəbərlər
Digər xəbərlər