19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

BOKT-lar borclarını böyük hissəsini qaytarıb, kapital bazarı ilə vəsait cəlbinə başlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları borclarının böyük hissəsini 2021-ci ilin ilk rübündə qaytarıb, qiymətli investisiya kağızı emissiya etməklə borclanırlar.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Burada dövlətə məxsus olan “Aqrarkredit BOKT” QSC-nin göstəriciləri istisna ilə hesablanır.

BOKT-ları öhdəliklərində olan borcdan son üç ay ərzində 27.4 milyon, yəni 31.4%-ni geri qaytarıblar.

Bank olmayan kredit təşkilatları əsasən bankların deyil, digər maliyyə  institutlarının borclarını qaytarmağa çalışıblar. Bank borclarından 19.1%-ni qaytarmaqla 37.3 milyon manata, digər maliyyə institutlarına olan borcun isə 45.2%-ni geri almaqla 22.6 milyon manata qədər azaldıb.

Əvəzində isə BOKT-lar qiymətli kağızlar üzrə öhdəliklərinin həcmini 38% artırmaqla 33.2 milyon manata qədər artırıblar.

Qeyd edək ki, ilin yanvar-mart aylarında BOKT-lar tərəfindən 2.5 milyon manatlıq faiz öhdəliyi üzrə xərclər ödəyiblər.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər