Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının 2021-ci ilin ilk rübü üzrə həcmi 2.1 milyon manat təşkil edib.
Banker.az bu barədə Mərkəzi Bankın 31 mart 2021—ci il tarixinə təqdim etdiyi icmal göstəricilərinə istinadən xəbər verir.
BOKT-lərin faiz gəlirlərinin həcmi 15.9 milyon manat (2020: 17.1 mln. manat), faiz xərclərinin həcmi 2.5 milyon manat (3.1 mln manat), qeyri-faiz gəlirlərinin həcmi 2.1 milyon manat (6.3 mln. manat), qeyri-faiz xərclərinin həcmi 11.1 milyon (10.1 mln. manat) təşkil etmişdir.
Beləliklə BOKT-lər ilk rübdə 4.4 milyon manat əməliyyat mənfəəti əldə edib. Buradan isə 1.9 milyon manat aktivlər üzrə ayırmalar edib ki, nəticədə 2.1 milyon manat xalis mənfəət əldə ediblər. Bildirək ki, 2020-ci ilin ilk rübündə 6 milon manat xalis mənfəət əldə etmişdilər.