8 C
Baku
Sunday, January 5, 2025

BOKT-lar ilin ilk yarısında 14 mln. manat xalis mənfəət əldə edib

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 2022-ci ilin ilk yarısını 13.9 milyon manat həcmində xalis mənfəətlə tamamladı.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə BOKT-lər 0.7 mln. manatlıq zərərlə tamamlamışdı.

BOKT-lərin faiz gəlirləri illik müqayisədə 36.7 faiz artaraq 45.8 mln. manat, faiz xərcləri 56% artaraq 7.8 mln. manat olub.

Onların qeyri-faiz gəlirləri 7.4 mln. manat və qeyri-faiz xərcləri isə 28.7 mln. manat təşkil etməklə, yarımili 16.7 mln. manatlıq əməliyyat mənfəəti ilə tamamlayıblar.

1 iyul 2022-ci il tarixinə BOKT-lərin 440.2 mln. manat, o cümlədən 369.1 mln. manatı müştərilərə verdiyi kreditlər təşkil edib.

342314234234234324234 312123123123122

Son xəbərlər
Digər xəbərlər