28 C
Baku
Saturday, July 27, 2024

BOKT-lar işçi sayını 200 nəfərdən çox artırıblar

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2021-ci ilin sentyabrın 30-na 2 456 nəfər olub.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müayisədə BOKT işçilərinin sayı 221 nəfər və ya 9.9% artıb. Belə ki, 2020-ci ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 2 235 nəfər olub.

Bu ilin iyun aynda BOKT işçilərinin sayı 2 391 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 65 nəfər artırıb.

Bu dövrdə BOKT-filiallarının sayı  isə 255 ədəd olub. 30 sentyabr 2020-ci il tarixində isə BOKT-ların sayı 245 ədəd olub ki, bu da illik müqayisədə 10 yeni BOKT filialının açılması deməkdir.

Son xəbərlər
Digər xəbərlər