Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vəziyyətinə Mərkəzi Bankın faiz dərəcələrinin yuxarı həddi ilə bağlı qoyduğu məhdudiyyət öz təsirini göstərib.
ANS TV-nin məlumatına görə, bu qurumlar da filiallarının sayını azaltmağa başlayıb. Məlumdur ki, BOKT-lar əmanət qəbul etmir və dövriyyəyə buraxdığı vəsaitləri ayrı-ayrı qurumlardan cəlb edir. Hazırda ölkədə fəaliyyət göstərən BOKT-lərin bir çoxunun əsas maliyyə mənbəyi xarici investorlardır. Bu vəsaitlər isə Azərbaycana gətirilib manatla yerləşdirildikdə, baha başa gəlir. Ölkədəki fəaliyyət göstərən qeyri-bank təşkilatlarından birinin rəhbəri bu sektorun çətin sınaqdan keçdiyini bildirir.
BOKT rəhbəri Timoti Tarrant deyir ki, indi çox çətin bir dövrdür:
“Bu həm müştərilər, həm də bizim üçün çətindir. Artıq biz bir addım geri çəkilmişik və mövcud situatisiyanı nəzərdən keçiririk. BOKT-lar və mikro malliyə təşkilatları hansı xərclərin olduğuna əmin olmalıdılar və bu xərclərin gəlirləri ilə necə uzlaşdığına baxmalıdırlar. Biz starateji olaraq görməliyik ki, hansı regionda filallar daha effektivdir”.
Amma qeyri-bank təşkilatlarının filiallarına əl gəzdirməsi daha çox paytaxtda müşahidə olunur. Bu isə onunla əlaqədardır ki, onların əsas müştəriləri regionlarda olduğundan bank olmayan kredit təşkilatları regional nümayəndəliklərini saxlayır. İnsanların BOKT-lərə üz tutmasının əsas səbəbi isə onların prosedurlarının qismən sadə olmasıdır.
Hazırda ölkədə 157 bank olmayan kredit təşkilatı var. Bura kredit ittifaqları da daxildir.
[su_youtube url=”https://www.youtube.com/watch?v=gR8_hm6mrE4″]