BOKT-lar ötən il 10 milyon manatdan çox xalis mənfəət əldə edib

Azərbaycan BOKT-ları 2021-ci ili 10.1 milyon manat mənfəətlə başa vurub. 2020-ci ilin eyni dövründə isə BOKT-ların mənfəəti 9.9 milyon manat təşkil edib.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il BOKT-ların mənfəəti 2% artıb.

2021-ci ildə BOKT-ların faiz gəlirləri 74.6 milyon manat, qeyri-faiz gəlirləri 13 milyon manat, faiz xərcləri 11.4 milyon manat, qeyri-faiz xərcləri isə 49.1 milyon manat təşkil edib.

BOKT-ların aktivləri 388.6 milyon manat olub ki, bu da illik müqayisədə 235 artım deməkdir. Bunun 333.3 milyon manatı müştərilərə verilmiş kreditlərdir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər