Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2025-ci ilin sonuna 3 903 nəfər olub.
Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2024-cü il ilə müqayisədə BOKT işçilərinin sayı 357 nəfər və ya 10% artıb. Belə ki, 2024-cü ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 3 546 nəfər olub.
Ötən ilin sentyabr ayının sonunda BOKT işçilərinin sayı 3 831 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 72 nəfər artırıb.
Bu dövrdə BOKT filiallarının sayı isə 297 ədəd olub. Əvvəlki ilin müvafiq dövründə isə BOKT-ların sayı 304 ədəd olub ki, bu da illik müqayisədə 7 BOKT filialının bağlanması deməkdir.





