1 C
Baku
Saturday, December 14, 2024

BOKT maliyyə göstəricilərini elan etdi

“TCF” Bank Olmayan Kredit Təşkilatı rəsmi səhifəsində 2014-cü il üzrə maliyyə göstəricilərini yayımlayıb.

Banker.az məlumat verir ki, təşkilatın cəmi gəlirləri 233 min 924 manat, o cümlədən faiz gəlirləri 111 min 831 manat, digər əməliyyat gəlirləri 122 min 93 manat təşkil edib. BOKT-un xərcləri isə 310 min 147 manat olub.

Qeyd edək ki, “TCF” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti 2010-cu ilin sentyabr ayında qeydiyyatdan keçmişdir. “TCF” Bank Olmayan Kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti 01 avqust 2014-cü il tarixində Mərkəzi Bankdan lisenziya almışdır.

Son xəbərlər
Digər xəbərlər