BOKT-nin kapitalı artırılıb

“Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 802 min manata qaldırılıb. Bununla belə Azərbaycan Mərkəzi Bankının son qaydasındakı BOKT-lər üçün müəyyən etdiyi 1 mln. manatdan aşağıdır.

Bununla da BOKT-nin nizamnamə kapitalı 55 min manat və ya 7.4 faiz artırılmış olub.

Xatırladaq ki, BOKT “İDK” 2011-ci ildə təsis edilib, 722 min manat nizamnamə kapitalı var. BOKT-nin nizamnamə kapitalının 100%-i Əliyar Əsgərov adlı şəxsə məxsusdur. Ə.Əsgərov həmçinin Müşahidə Şurasına sədrlik edir.

 

Son xəbərlər
Digər xəbərlər