BOKT “Falcon Finance” MMC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə müvafiq vəzifəyə Mahmudov Seyidməcid Mirhəbib oğlu seçilib.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un nizamnamə kapitalında hər biri 50% olmaqla Vüsal Tağıyev və Brilyant Salmanova arasında bölüşdürülür.






