19 C
Baku
Friday, June 6, 2025

BOKT “Qafqaz-Kredit”in xalis mənfəəti artıb

Bank Olmayan Kredit Təşkilatı “Qafqaz-Kredit” MMC-nin 2024-cü ildə 53.6 min manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ildə bu rəqəm 39.7 min manat olmuşdu. Bu da illik müqayisədə 13.8 min manat və ya 35% artımdır.

Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.

BOKT-nin faiz gəlirləri 2024-cü ildə 357.5 min manat və bu da illik müqayisədə 122.2 min  və ya 52% artımdır.

Cəmi aktivlər illik müqayisədə isə  1.2% artımla 1 milyon 192.8 min manata yüksələrkən,  cəmi öhdəliklər 61% azalma ilə 36.4 min manata düşüb.

Xatırladaq ki, BOKT “Qafqaz-Kredit” MMC 2002-ci ildə yaradılıb və 592 min manat nizamnamə kapitalı var. BOKT-nin səhmdarı 33.3 faizi Arif Qurbanov, 33.4 faizi Xalisə Əminova və 33.3 faizi Züleyxa Rəsulovaya məxsusdur.

5535345

Son xəbərlər
Digər xəbərlər