8 C
Baku
Friday, March 29, 2024

BOKT rəhbəri (CEO) deputat kimi siyasi arenaya gəlmək istəyir

2014-cü ildən fəaliyyət göstərən “Azərbaycan Mikro- Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru və qanuni təmsilçisi Xəyal Vahid oğlu İsmayılov da Azərbaycanın siyasi arenasına daxil olmaq istəyir. O, da 9 fevral 2019-cu il tarixində gerçəkləşəcək Milli Məclis seçkilərində deputatlığa namizəd kimi çıxış edəcək.

Bu barədə Banker.az MSK-dan əldə etdiyi məlumata istinad edir.

BOKT-un rəhbəri ixtisasca beynəlxalq münasibətləri bitirib. Onun 101 saylı Göy Göl-Daşkəsən seçki dairəsindən namizədliyi təsdiqlənib.

Məlumat üçün bildirək ki, bu seçki dairəsindən daha bir namizəd varkı, o da maliyyə bazarına tanınan isimdir. Belə ki, bu seçki dairəsindən “Amrahbank”ın İnsan resursları şöbəsi müdri Ramin Bayramov da deputatlıq üçün namizədlik verib.

fwef1

Son xəbərlər
Digər xəbərlər