21 C
Baku
Saturday, November 2, 2024

BOKT sahibi Quliyevə 207 min manata yaxın dividend ödəyib

“NAS Project” Bank Olmayan Kredit Təşkilatı ASC ötən il əldə etdiyi xalis mənfəətindən səhmdarına 206 638 manat həcmində dividend verib.

Banker.az bunu BOKT-un hesabatlarına istinad edir.

BOKT-nin təsisçisi Məhəmməd Quliyevdir. M.Quliyev hazırda 1.3 milyon manatlıq səhmlərinin 100%-nə sahibdir.

Qeyd edək ki, bu BOKT 2023-cü ili 989 min manat faiz gəlirinə qarşı 434 min manat xalis mənfəətlə bitirib. Balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 406 min manatı keçib.

M.Quliyev həmçinin “NAS Exchange” MMC adlı şirkət təsis etmişdi və nizamnamə kapitalı 600 min manatdır ki, bu da Mərkəzi Bankın valyuta dəyişmə məntəqələri üçün nəzərdə tutduğu tələbə uyğundur.

Son xəbərlər
Digər xəbərlər