BOKT-un İdarə Heyətinin xanım üzvü istefa verib

“FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti üzvlərindən biri vəzifəsindən kənarlaşıb.

Banker.az xəbər verir ki, bu İ.H.-nin xanım üzvü olan Alməmmədova Fəridə Elsəvər qızıdır.

O, 2020-ci ilin sentyabrına qədər “FinEx Kredit” BOKT-un baş mühasibi, həmin tarixdən sonra maliyyə direktoru və İdarə Heyəti üzvü təyin edilmişdi.

Hazırda BOKT-un İdarə Heyətinin sədri Qasımov Rəşad Şöhrət oğlu olmaqla, bu heyətdə rəsmi olaraq tək təmsil olunur.

“FinEx” BOKT 2013-cü ildə yaradılıb, 1 mln. manat nizamnamə kapitalına sahibdir. Kapitalına Mobil Şərifov, Şəlalə Tağıyeva, Sevda İbrahimova, Ramina Allahverdiyeva və Tahir Namazov adlı fiziki şəxslər sahibdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.