“AzİnvestKredit BOKT” MMC 2019-cu ildə heç bir borcalmaya getmədən kreditləşməni genişləndirə bilib.
Bunu Banker.az “AzİnvestKredit”in ötən il üzrə açıqladığı maliyyə hesabatına istinadən bildirir.
BOKT ötən il ərzində iki səhmdarlarının ötən ildə əlavə 100 min manat yatırımından sonra nizamnamə kapitalı yarım milyon manata çatıdırılıb.
Əlli-əlliyə Tamara İsmayılova və Əkbər İsmayılovun sahib olduğu “AzİnvestKredit”ə kapital yatırımından sonra kredit portfelində mühüm irəliləyişlər müşahidə edilib, kapitalın bir əsas hissəsi kreditlərə ayrılıb. Ötən il ərzində kredit portfeli 36 faiz artımla 545 min manata qədər artıb.
BOKT-un cəmi aktivləri isə 554 min manat və cəmi öhdəlikləri isə 129 min manat olub.
“AzİnvestKredit”in ötən il ərzində 156 min manatlıq faiz gəliri olub ki, bu gəlir də heç bir faiz xərci qarşılamadığı üçün eyni ilə xalis faiz gəliri o qədəri təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə BOKT-un faiz gəlirləri 56% artmalı olub.
Əlavə qeyri-faiz gəlirnin 15 min manat təşkil etməsi əməliyyat gəlirlərini 171 min manata çatdırıb.
Əməliyyat gəlirləri isə faiz xərclərini qarşılamaqla yanaş min manat üzərində xalis mənfəət etməsinə səbəb olub.