2025-ci ilin ilk 9 ayında Azərbaycana gələn Körfəz ölkələri turistlərinin sayı ümumilikdə 164 934 nəfər olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 169 397 nəfərdən azalma deməkdir. Beləliklə, ümumi turist sayı 4,5% azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, turistlərin xərcləri təxminən 6 faiz azalıb. 2025-ci ildə onlar ümumilikdə 273.2 milyon manat xərcləyiblər, 2024-cü ildə isə bu məbləğ 290 milyon manat idi.
Ən çox turist gələn ölkələrdən biri Səudiyyə Ərəbistanıdır – 85 114 nəfər, xərcləri 161.2 milyon manat. BƏƏ-dən gələn turistlərin sayı 30 964 nəfər, xərcləri 53.8 milyon manat təşkil edib. Küveyt və Oman da əsas ölkələrdəndir – müvafiq olaraq 21 709 və 14 217 nəfər gəlmiş, xərcləri 41.8 milyon və 24.3 milyon manat olub. Qətərdən gələn turistlər isə 2 047 nəfər, xərcləri 4.4 milyon manat təşkil edib.
Hər bir turistə düşən orta xərcləri hesablasaq: Səudiyyə Ərəbistanı – 1 893 manat, BƏƏ – 1 737 manat, Küveyt – 1 927 manat, Oman – 1 712 manat, Qətər – 2 137 manat.
Körfəz ölkələri turistlərinin sayı və xərcləri bir qədər azalsa da, adambaşına xərclər yüksək qalır, xüsusilə Qətərdən gələn turistlər.
Bir turistə düşən xərc:
| Ölkə | 2025, ilk 9 ay | 2024, ilk 9 ay | 
| Qətər | 2,137 | 2,167 | 
| Küveyt | 1,928 | 2,151 | 
| Səudiyyə Ərəbistanı | 1,894 | 1,828 | 
| BƏƏ | 1,737 | 2,242 | 
| Oman | 1,711 | 1,812 | 

 
                                    




