5 C
Baku
Thursday, January 22, 2026

Bölgələrdən paytaxta axının qarşısını almaq üçün təklif irəli sürülüb

Azərbaycanın bölgələrindən paytaxta axının qarşısını almaq üçün kənd yerlərində yaşayan insanlara öz torpaqlarında sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov bildirib.

“Kəndlərdə zavod-fabrik yoxdur və orada yaşayanların fəaliyyəti torpaqda olmalıdır. Vətəndaşların mülkiyyətindəki torpaqda istədiyi məhsulu yetişdirmək imkanı olmalıdır. ​Amma nə baş verir? Torpaq və Cinayət Məcəllələrində edilmiş dəyişikliklərlə kəndlilərə pay torpaqlarında bitmiş kol-kosu təmizləmək belə qadağan olunub. Ya da insan ona məxsus torpaqda kommersiya və yaxud tikinti məqsədləri üçün ağac əkir, ona qulluq edir, böyüdür, amma nə vaxtsa həmin ağacı kəsmək istəyəndə qanun buna icazə vermir. Yəni kəndli öz torpağında sərbəstliyə malik deyilsə, o torpaqdan gəlir götürmək də çətinləşir”, – deyə o qeyd edib.

Bundan başqa, deputat diqqəti çaylardakı çınqıl ehtiyatından istifadə ilə bağlı çətinliyə yönəldib: “Kəndlərdə yaşayan insanlar həmişə öz həyətlərinin abadlaşdırılması, ev, hasar tikintisi üçün yaxınlıqdakı çaydan araba ilə çınqıl gətirib. Bu gün isə çaydan nə isə götürmək cinayət məsuliyyəti yaradır. Son nəticədə kənddə həyata çətinləşir. Nəzərə almalıyıq ki, kəndli həmin çınqılı şəxsi istifadə üçün götürür. Belə şeylərə icazələr verilməlidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər