Boliviyanın prezidenti vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Janin Anyes koronavirusdan sağaldığını bildirib.
Bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.
“Xəstəliyim zamanı dəstəyə görə təşəkkür. Məni xəstəxanadan evə buraxdılar, və normal işə qayıdıram”, – deyə o, “Twitter”dəki hesabında yazıb.
Boliviyanın müvəqqəti prezidentinin COVID-19 testinin nəticəsi iyulun 9-da müsbət olub. Anyes özünü yaxşı hiss edir və təcridetmədə şəraitində idi.
Xatırladaq ki, daha əvvəl Boliviyanın Səhiyyə naziri, Mərkəzi Bankın sədri və ölkə Prezidenti Administrasiyasının rəhbəri də koronavirusa yoluxublar.