Boliviya prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesdə koronavirus infeksiyası aşkarlanıb.
Bu barədə RİA “Novosti” məlumat yayıb.
Janin Anyes “Twitter”dəki səhifəsində bildirib ki, koronavirus testi müsbət nəticə verib.
“COVID-19 testinin nəticələri müsbət oldu. Mənim vəziyyətim normaldır. Özünütəcrid şəraitində işləyəcəm”, – deyə o qeyd edib.
Xatırladaq ki, Boliviyanın Səhiyyə naziri, Mərkəzi Bankın sədri və ölkə Prezidenti Administrasiyasının rəhbəri də koronavirusa yoluxublar.