5 C
Baku
Saturday, December 14, 2024

Bolkart sahibləri ödəniş aylarını artıq SMS-lə və ya şəxsi kabinetdə artıra bilər!

Artıq Bolkart MasterCard sahibləri qeyri-partnyor ticarət məkanlarında taksitərin sayını (ödəniş müddətini) onlayn qaydada da artıra bilərlər. Bolkart şəbəkəsinə aid olmayan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery və s.) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 və ya 6 aylıq ödəniş müddəti əldə edə bilərlər. Beləliklə, kart sahibi daha rahat və münasib ödəmə qrafiki əldə etmiş olur.

Kart sahibi bunu www.bolkart.az saytının Şəxsi Kabinet bölməsinin müvafiq menyusu vasitəsilə həyata keçirə bilər. Bolkart istifadəçisi alış-veriş etdiyi andan 1 gün ərzində bu xidmətdən yararlana bilər. Yeni xidmət xüsusən də internet istifadəçiləri üçün faydalı olacaq. Mağazalarla yanaşı, onlayn alış-veriş edən Bolkart sahibləri də hər-hansı məhsulu alıb, onun dəyərini hissə-hissə 6 aya kimi ödəyə bilərlər.

Xatırladaq ki, Bolkart sahibləri artıq bir ilə yaxın, eyni funksiyanı SMS taksit xidməti vasitəsilə də istifadə edirlər. Kart istifadəçisi alış-veriş zamanı əldə etdiyi qəbzdə əks olunmuş 6 rəqəmli təsdiq kodunu və “taksit3” ( və ya “taksit6”) ifadəsini SMS ilə 8145 nömrəsinə göndərir.

Yeni xidmətin komissiya haqqı – 4,5% (3 ay) və 9%-dir (6 ay).

Xatırladaq ki, bu gün Bolkart Azərbaycanın ən populyar kredit kartıdır və “Bank of Baku”-nun bu kartından yüz minlərlə insan istifadə edir. Bolkartla Azərbaycanda və xaricdə alış-veriş etmək, kartdan nağd pul çıxarmaq, müxtəlif güzəşt və kampaniyalardan faydalanmaq olar.

Daha ətraflı: www.facebook.com/Bolkart

Son xəbərlər
Digər xəbərlər