8 C
Baku
Friday, March 29, 2024

Bolkart yoxsa Worldcard? Hansı taksit kart daha sərfəlidir?

Banker.az monitorinq qrupu növbəti məqaləsini öz oxucularına bir az fərqli formatda təqdim edəcək. Belə ki, məqalə mövzusu olaraq taksit kartları seçilsə də, məlumatlar informativ xarakterikli deyil, 2 məhsulun müqayisəsi formasında Sizlərə təqdim ediləcək. Hal-hazırda taksit kart məhsullarını bazarda təklif edən bankların sayı çox olsa da biz ilk bu tipli müqayisə üçün Bank of Bakunun “Bolkart”ını və Yapıkredi Bankın “Worldcard”ını seçdik. Səbəb isə, Bolkart-ın Azərbaycanın ilk taksit kartı ünvanının sahibi olması, Worldcard-ın isə dünyanın ən dəyərli 10 kredit kartından biri olmasıdır. Biz bugünkü məqaləmizdə beynəlxalq və yerli təcrübələr arasında oxşarlıq və fərqlilikləri təhlil edəcəyik. Həmçinin bu 2 taksit kartının digərlərindən fərqli cəhətləri məhsulun seqmentləşdirilməsi və taksit imkanlarının digər funksiyalara əsasən daha çox qabardılmasıdır. Təhlilimiz bu taksit kartlarının əldə edilməsi şərtlərindən tutmuş, istifadə qaydalarına qədər geniş bir yolu əhatə edəcək.

Kartların növləri

Yuxarıda qeyd etdiyimiz kimi, hər iki Bank seqmentləşməyə çox önəm verir.

Bolkart-ın 4 növü var: Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold və Bolkart Diamond.

Bolkart Gənc – Kartın rəsmiləşmə tarixinə yaşı maksimum 27 olan şəxslər üçün nəzərdə tutulub. Kartın dizaynı daha fərqli və kreativdir.

Bolkart Ailə –  Əsas kütlə üçün nəzərdə tutulmuş kartdır, yəni orta seqmentə xitab edir.

Bolkart Gold – Yüksək seqment müştərilər üçün nəzərdə tutulub.

Bolkart Diamond – Premium seqment müştərilər üçün nəzərdə tutulub. Kartın növü “Visa İnfinite”dir. Kart sahibləri VİSA şirkətinin İnfinite kartlara  təqdim etdiyi bütün imtiyazlardan (Priority Pass kartı, Pulsuz səyahət sığortası və s.) faydalana bilərlər. Həmçinin bu kartda “Mil” qazanılması imkanı vardır (ətraflı bonus bölümündə məlumat veriləcək)

Worldcard-ın 3 növü var: Worldcard Classic, Worldcard Gold, Worldcard Platinum.

Worldcard Classic – Əsas kütlə üçün nəzərdə tutulmuş kartdır, yəni orta seqmentə xitab edir

Worldcard Gold – Yüksək seqment müştərilər üçün nəzərdə tutulub, həmçinin nağdlaşma imkanları Classic karta görə daha genişdir.

Worldcard Platinum – Premium seqment müştərilər üçün nəzərdə tutulub, nağdlaşma və taksit imkanları Classic və Gold növdən daha üstündür.

Kartları əldə etmək üçün tələblər

Kart Minimum iş stajı tələbi Minimum əmək haqqı tələbi
Bolkart Qeydiyyatdan asılı olaraq 3 ay və 6 ay Bolkart Gənc və Ailə üzrə – 205 AZN (gross)

Bolkart Gold üzrə – 1000 AZN (gross)

Bolkart Diamond üzrə – 2400 AZN (gross)

Worldcard 12 ay Worldcard Classic üzrə – 250 AZN (net)

Worldcard Gold üzrə –  800 AZN (net)

Worldcard Platinum üzrə – 1000 AZN (net)

 

Kartları müddəti və qiyməti

Kart Müddəti Qiymət
Bolkart 60 ay Bolkart Gənc üzrə  1 illik xidmət haqqı  – 10 AZN

Bolkart Ailə üzrə  1 illik xidmət haqqı  – 20 AZN

Bolkart Gold üzrə  1 illik xidmət haqqı  – 40 AZN

Bolkart Diamond üzrə  5 illik xidmət haqqı  – 150 AZN

Worldcard 60 ay Worldcard Classic  – Kart Pulsuz təqdim edilir.

Worldcard Gold üzrə 1 illik xidmət haqqı  – 25 AZN

Worldcard Platinum üzrə 1 illik xidmət haqqı   – 100 AZN

 

İllik faiz dərəcəsi, komissiya və ödəniş tarixləri

Kart Banka məxsus ATM-lərdə nağdlaşma komissiyası Kart üzrə illik faiz dərəcəsi Ödəniş tarixləri
Bolkart 1% (min.1 AZN) Gənc və Ailə – 29%

Gold – 27%

Diamond – 26%

Gənc və Ailə – növbəti ayın 10-dək, maksimum 40 gün

Gold və Diamond – növbəti ayın 15-dək, maksimum 45 gün

Worldcard Classic və Gold – 1% (min.3 AZN)

Platinum – 1% (min.1 AZN)

Classic və Gold – 29%

Platinum – 28%

Kart növündən asılı olmayaraq, maksimum 40 gün. Müştəriyə 4 fərqli seçim imkanı verilir.

 

Kartlar üzrə nağdlaşma imkanları

Məqaləmizin əvvəlində qeyd etdiyimiz kimi, həm Bolkart həm də Worldcard kartlarında taksit imkanları daha çox qabardılır. Bu səbəbdən nağdlaşma imkanına müəyyən limitlər qoyulub. Belə ki,

Bolkartın bütün növlərində – Kredit xətti limitinin cəmi 25%-dən nağd şəkildə istifadə etmək mümkündür. Nağdlaşma komissiyası

Worldcard – Classic üzrə  limitin 50%-i, Gold üzrə 60%-i, Platinum üzrə  isə 100%-ni nağd şəkildə istifadə etmək mümkündür.  

Kartlar üzrə taksit imkanları

Bolkart üzrə – Bankın ölkədaxilində partnyorluq etdiyi müəssisələrdə məhsulun dəyərini 12 ayadək (3,6,12 ay) faizsiz şəkildə ödəmək imkanı. Partnyorların siyahısı ilə http://www.bolkart.az/az/where-to-use/ linkindən tanış ola bilərsiniz.

Worldcard –  Bankın ölkədaxilində partnyorluq etdiyi müəssisələrdə məhsulun dəyərini 18 ayadək (3,6,12, 18 ay) faizsiz şəkildə ödəmək imkanı. Partnyorların siyahısı ilə https://www.worldcard.com.az/ticaret-obyektlerimiz/world-kampanyalari/yeni-ticaret-obyektleri/ak-114.aspx linkindən tanış ola bilərsiniz. Əlavə olaraq Gold və Platinum növ kartlarda ölkəxarici əməliyyatlarda xüsusi  imkanlar yaradılıb. Belə ki, Gold kartla ABŞ, Rusiya Türkiyə və Dubayda, Platinum kartla isə bütün ölkələrdə 100 AZN və üzəri alış-veriş etdiyiniz zaman faizsiz olaraq 3 hissəyə bölünür.

Bonus imkanları

Hər iki bankın loyallıq proqramı mövcuddur. Belə ki, həm Bolkart həm də Worldcard istifadəçiləri kartdan nağdsız əməliyyatlar zamanı bonus şəklində “BAL”lar qazanır. Qazanılmış BAL-lardan banka məxsus POS terminallarda ödənişlərin edilməsi məqsədilə istifadə edilə bilər.

Kart Partnyor şəbəkəsində qazanılan bonus Qeyiri – partnyor şəbəkəsində qazanılan bonus
Bolkart Maksimum 45% 0.3%
Worldcard Maksimum 10% 0.25%

 

Qeyd: Bolkart Diamond kartı üzrə yığılan bonuslar kart hesabında BAL kimi deyil, MİL kimi əks olunur. Yığılmış MİL-lərdən AZAL şirkətinə məxsus “Econom” sinif uçuşlarında aviabletlərin alınması üçün istifadə edilə bilər.

Hər iki taksit kartı üzrə vacib məqamları çalışdığımız qədər oxucularımız üçün topladıq. Bizim şəxsi qənəatimizə əsasən hər iki kartın özünə məxsus üstün cəhətləri var.

Son xəbərlər
Digər xəbərlər