16 C
Baku
Friday, November 22, 2024

Bollinger xətləri (Boilinger bands) nədir? Treydinqdə necə istifadə edilir?

1980-cı illərdə Con Bollinger tərəfindən inkişaf etdirilən bir analiz növüdür. Bollinger xəttləri yatırım bazarında olduqca çox istifadə olunan bir indikatordur. Bu indikator bazarın istiqaməti haqqında məlumat verməsi, gələcək qiymət hərəkətlərini asan və sürətli şəkildə təxmin edə bilmə xüsusiyyəti daşıyır. Xüsusilə Forex bazarı kimi qiymət hərəkətliliyinin çox olduğu bazarlarda Bollinger xəttləri tez-tez istifadə edilir. Bollinger xəttləri sayəsində, qiymət və göstərici hərəkətləri arasında əlaqə analiz edilə və trend təqibi edilə bilir.

Bollinger xətlərinin analizi əsasında ticarət qərarları yalnız qiymət qrafikinin yuxarı bollinger xəttini və ya aşağı bollinger xəttini kəsdiyi zaman qəbul edilir.

Bollinger indikatoru 3 xətdən ibarətdir: Orta xətt və orta xətdən standart kənarlaşmaya qədər aralıda yerləşən iki sərhəd xətləri.

Bollinger xəttlərinin riyazi formulu bu şəkildədir:

  • Orta Bollinger xətti: 20 günlük hərəkətli ortalama
  • Alt Bollinger xətti:   Orta Bollinger xətti – 2 Standart dəyişmə
  • Üst Bollinger xətti:  Orta Bollinger xətti + 2 Standart dəyişmə

Trend istiqaməti haqqında da məlumat verən Bollinger xəttlərinin kəsişməsi, mövcud trendin əksinə istiqamətdə düzəltmə hərəkəti yaranacağının siqnalıdır. Lakin qiymət dalğalanmaları Bollinger xəttlərinin arasında qaldığında, bazarın önünə dair qəti bir şey söyləmək olmaz. Bollinger xəttlərinin daralması sabit bir bazar olduğuna işarə edərkən, xəttlərin kəsişməsi isə, bazarda bir düzəliş hərəkətinin olacağına dair erkən siqnaldır. Orta Bollinger xətti eniş hərəkətlərində trend müqavimət xətti, yüksəlmə trendində isə trend dəstək xətti olaraq təqib edilə bilər. Bollinger xəttləri ilə əməliyyat qərarı, qiymət yalnız alt və ya üst xətti qırdığında edilir. Qiymət dalğalanmaları xətlər arasında qaldığı müddətcə bazarın istiqamətiylə əlaqədar qəti siqnal müəyyənləşə bilməz.

Mənbə: İnvestaz

Son xəbərlər
Digər xəbərlər