7 C
Baku
Thursday, December 5, 2024

“Bolmart” mağazalarını idarə edən şirkət ötən il 27 min manat qazanc əldə edib

“Bolmart” supermarketlər şəbəkəsini idarə edən “Pro – Mart” MMC şirkəti 2022-ci ili 27 418 manat xalis manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 14 223 manat olub ki, bu da illik müqayisədə 1.9 dəfə artım deməkdir.

Banker.az bu barədə MMC-nin hesabatına istinadən xəbər verir.

Ötən il “Pro – Mart” şirkətinin satışdan gəlirləri 29% artaraq 141 milyon 26 min manat təşkil edib.

31 dekabr 2022-ci il tarixində “Pro – Mart” MMC-nin cəmi aktivləri 52 milyon 973 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 6% çoxdur.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 38 milyon 301 min manatdan 41 milyon 252 min manata, cəmi kapitalı isə 11 milyon 694 min manatdan 11 milyon 721 min manata çatıb.

“Pro-Mart” MMC-nin təsisçiləri “Az Fast Moving Businness” MMC (50%) və “Unitrade Group” MMC-dir (50%). Cəmiyyətin qanuni təmsilçiliyi Məmmədov Ramil Əşrəf oğluna məxsusdur.

b1 b2 1

Son xəbərlər
Digər xəbərlər