16 C
Baku
Wednesday, September 24, 2025

Bolqarıstan 2026-cı ilə qədər Rusiya qazından imtina edəcək

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib ki, 2026-cı ildə ölkə Rusiya qazından imtina edəcək və onun öz ərazisindən tranzitini dayandıracaq.

Rosen Jelyazkovun sözlərinə görə, Sofiya bu qərarı Avropa İttifaqının Rusiya ilə enerji resursları üzrə müqavilələri ləğv etmək planları ilə həmrəylik məqsədilə qəbul edib. Baş nazir vurğulayıb ki, Bolqarıstan əhalinin və sənayenin tələbatını müstəqil şəkildə, mayeləşdirilmiş qaz idxalı hesabına ödəyir.

2022-ci ilin martında “Qazprom” Bolqarıstan şirkəti “Bulgargaz” ilə qaz tədarükü müqaviləsini ləğv etmişdi. Səbəb Sofiyanın hesablaşmalarda rubldan istifadə etməkdən imtina etməsi olub. Buna qədər Bolqarıstan qazın demək olar ki, hamısını Rusiyadan idxal edirdi. Eyni zamanda, ölkə ərazisindən Rusiya qazının “Balkan axını” (“Türk axını”nın davamı) vasitəsilə tranziti davam edir.

Son xəbərlər
Digər xəbərlər