10 C
Baku
Thursday, December 12, 2024

Bolqarıstan 4 nüvə reaktoru inşa etdirmək niyyətindədir

Bolqarıstan 2045-ci ilin sonuna kimi “Belene” və “Kozloduy” sahələrində dörd nüvə reaktoru tikmək niyyətindədir.

Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev, texniki hökumətin Baş naziri Qılıb Donev, nazirlər, deputatlar, siyasətçilər və ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada təqdim olunan energetika sektorunun 2053-cü ilədək inkişaf strategiyasında qeyd olunub.

“Hamımız Bolqarıstanın gələcəyi üçün məsuliyyət daşıyırıq. Energetika ölkənin uğurlu iqtisadi inkişafının açarıdır, ona görə də bizim energetika sistemimizin müstəqilliyini və muxtariyyətini təmin etmək bizim üçün vacibdir”, – R.Radev deyib.

Dövlət başçısı hökumətin təqdim etdiyi energetika strategiyasının siyasi partiyalar tərəfindən geniş dəstək alacağına və növbəti illərdə ölkə energetikasının inkişafı üçün əsas olacağına ümidvar olduğunu bildirib.

Strategiyanı təqdim edən texniki hökumətin energetika naziri Rosen Xristov vurğulayıb ki, sektorun inkişafı üçün uzunmüddətli plan lazımdır.

“Bizim strategiyamız kömürlə işləyən istilik elektrik stansiyalarının 2030-cu ilə qədər saxlanmasını nəzərdə tutur. Atom enerjisi sənayesində biz 2 000 meqavat gücündə dörd yeni reaktor tikməliyik – 2035-2040-cı ilə qədər “Belene” sahəsində və 2045-ci ilə qədər “Kozloduy” AES ərazisində”, – o fikrini izah edib.

Son xəbərlər
Digər xəbərlər