8 C
Baku
Sunday, November 17, 2024

Bolqarıstan ABŞ-dan daha səkkiz F-16 təyyarəsinin alınması layihəsini təsdiqləyib

Bolqarıstan hökuməti ABŞ-dan səkkiz yeni “F-16C/D Block 70” təyyarəsi, döyüş sursatı, təlim və dəstək avadanlığı, ehtiyat hissələri və ölkənin Hərbi Hava Qüvvələrinə ilkin dəstək və təlimlərin alınması üçün beynəlxalq müqavilə layihəsini təsdiqləyib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri Xalq Məclisi (parlament) müvafiq investisiya xərcləri layihəsini təsdiq etdikdən sonra dərhal sazişi imzalamaq səlahiyyətinə malikdir. Artıq səkkiz təyyarənin ikinci partiyasının alınması üçün Bolqarıstan 2.6 milyard lev (təxminən 1.3 milyard ABŞ dolları) ayırmağa hazırdır.

Bundan əlavə, Bolqarıstan hakimiyyəti “çoxfunksiyalı məlumat paylama sistemi – birgə taktiki radio sistemi və əlaqədar dəstək və avadanlıq” haqqında beynəlxalq müqavilə layihəsini təsdiqləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər