Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr qaz almağa hazırlaşır.
Banker.az xəbər verir ki, bu barədə Yunanıstanın Türkiyədəki səfirliyi “Tvitter”də paylaşım edib.
Səfirlik həmçinin, Bolqarıstan və Yunanıstan arasında qaz axının iyulun 1-dən fəaliyyətə başlayacağını qeyd edib.
“Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr qaz almağa hazırlaşır. Bu həcm yay aylarında ölkənin tələbatını ödəməyə kifayət edəcək. Qiymətlərin Rusiyadan daha aşağı olacağını gözləyirik”? – paylaşımda deyilir.